Baş Qərargah rəisi ABŞ-ın hərbi attaşesi ilə görüşüb

14:51 12.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Noyabrın 12-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki hərbi attaşesi polkovnik Kayl Metyu Koun ilə görüşüb.

Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Siyasət rubrikasından digər xəbərlər