Basketbol millimiz Avropa çempionatında ilk oyununu keçirib

23:09 25.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oğlanlardan ibarət U-18 basketbol millimiz Avropa Çempionatı B divizionunun ilk qrup oyununu keçirib.

Hafta.az xəbər verir ki, yığmamız ev sahibi Rumıniya seçməsi ilə qarşılaşıb.

Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 60:34.

Millimiz növbəti oyununu Ukrayna yığmasına qarşı keçirəcək. İyulun 26-da baş tutacaq matç saat 21:30-da başlayacaq.