Batma təhlükəsi ilə üzləşən 10 nəfər xilas olunub

23:47 21.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Mərdəkan”, “Buzovna”, “Bilgəh” sularda xilasetmə məntəqələrinin ərazisində və “Qobustan”, “Mərdəkan”, “Şüvəlan” sularda xilasetmə məntəqələrindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 10 nəfər xilas olunub.

Hafta.az bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.