Batma təhlükəsi olan 1 nəfər xilas edilib

22:27 31.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Qızılqum” sularda xilasetmə məntəqəsindən kənarda (nəzarətsiz ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.

Hafta.az xəbər verir ki, bu barədə məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb.

Bildirilir ki, həmin şəxs nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən sudan çıxarılıb.