Bayden İrana qarşı sanksiyaları bir il müddətinə uzadıb

11:56 09.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ABŞ prezidenti Co Bayden ABŞ-ın 1979-cu ilin noyabrında tətbiq etdiyi sanksiyaların davam etdirilməsini nəzərdə tutan İrana qarşı fövqəladə vəziyyətin müddətini uzadıb. Hafta.az-ın məlumatına görə, bu barədə Ağ Evin dərc etdiyi məktubda deyilir.

"Mən 12170 saylı İcra Sərəncamı ilə elan edilmiş İran üçün Milli Fövqəladə Halın müddətini bir il uzadıram" deyə Bayden yazıb.

Hesabatda vurğulanır ki, ABŞ-ın hərəkətləri “İrandakı vəziyyətin ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün yaratdığı fövqəladə təhlükə” ilə mübarizə zərurəti ilə bağlıdır.