Bayden "OPEC+"un qərarından məyusdur

19:50 05.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ağ Evin mətbuat katibi Karine Jean-Pierre brifinq zamanı ABŞ prezidenti Co Baydenin OPEC+ ölkələrinin neft hasilatını azaltmaq qərarından məyus olduğunu bildirib.

Hafta.az bildirir ki, onun sözlərinə görə, OPEK-in qərarı fonunda prezident energetika nazirinə hasilat həcminin artırılması imkanlarını öyrənməyi tapşırıb.

Oktyabrın 5-də OPEC+ ölkələrinin nazirləri gündəlik neft hasilatını 2 milyon barel azaltmaq barədə razılığa gəliblər.