Həkimlər ABŞ prezidenti Co Baydenə bir sıra xəstəliklər, o cümlədən artrit diaqnozu qoyublar.
Hafta.az xəbər verir ki, “Moskovskiy komsomolets” nəşri bu barədə terapevt Ağ Evin həkimi terapevt Kevin Okonnorun prezidentin tibbi müayinəsinin nəticələrinə əsasən verdiyi qənaətə istinadıla yazır.
Məlumata görə, amerikalı liderə onurğa artriti və hiperlipidemiya diaqnozu qoyulub. Eyni zamanda həkimlər Amerika liderinin qastroezofagial reflüksdən əziyyət çəkdiyini müəyyən ediblər. Bu, mədə-bağırsaq traktının xəstəliklərindən biridir və tez-tez "boğazı yaşlamaq" arzusu şəklində özünü göstərə bilər.
Bundan əlavə, Bayden yuxu pozğunluğu ilə müşayiət olunan ağciyər çatışmazlığından əziyyət çəkir.
Eyni zamanda, nəticədə vurğulanır ki, ABŞ prezidentinin vestibulyar funksiyası və kəllə-beyin sinirləri normaldır, siyanoz və ya əzaların titrəməsi qeydə alınmayıb.