Yazını böyüt
Yazını kiçilt
ABŞ Prezidenti Co Baydenin həkimi Kevin O'Konnor prezidentin səhhəti ilə bağlı açıqlama verib.
Hafta.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Baydenin tutulduğu virusun “yüksək ehtimal” Omicronun alt variantı olan-BA5 olduğunu bildirib.
Həkim prezidentin “Paxlovid” adlı dərmanla 2 günlük müalicəni tamamladığını və səhhətinin hazırda yaxşı olduğunu deyib.