Bayram günlərində rayonlara əlavə qatar reysləri təşkil ediləcək

14:11 08.12.2025 Müəllif:Arzu Zeynallı
Yazını böyüt
Yazını kiçilt

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramında sərnişinlərin tələbatını təmin etmək məqsədi ilə rayonlararası istiqamətlər üzrə əlavə qatar reysləri təşkil edəcək.

ADY-dən Hafta.az-a verilən məlumata görə, 31 dekabr və 1, 2, 3 və 4 yanvar tarixlərində Bakı-Qəbələ-Bakı, 1, 2 və 4 yanvar tarixlərində Bakı-Qazax-Bakı, 30 və 31 dekabr, eləcə də 1, 2, 3 və 4 yanvar tarixlərində Bakı-Ağstafa-Bakı, 31 dekabr və 3 yanvar tarixlərində isə Bakı-Ağdam-Bakı marşrutları üzrə qatarlar hər iki istiqamətdə hərəkətdə olacaq.

Qeyd olunur ki, Əlavə reyslərlə yanaşı, bu marşrutlar üzrə ənənəvi hərəkət cədvəli ilə də səfər etmək olar.

Biletləri ADY-nin saytından, dəmiryol kassalarından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.

Bayram günlərində rayonlara əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏLBayram günlərində rayonlara əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏLBayram günlərində rayonlara əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL

Bayram günlərində rayonlara əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL