Rusiyada bayram günləri olan 23 fevral və 8 mart tarixlərində xaricə tur satışları artıb.
Hafta.az-ın yazdığına görə, turoperatorlar, fevral və mart tətilləri üçün Rusiya vətəndaşlarına ən çox Birləşmiş Ərəb Əmirlikləri, Tailand, Misir və Türkiyəyə tələbat olduğunu bildiriblər var.
Rusiya Turoperatorları Assosiasiyasının vitse-prezidenti Artur Muradyan bəyan edib ki, Yeni il və Milad bayramlarında yüksək qiymətlərə görə tətillərini təxirə salanlar fevral və mart aylarında xaricə səyahət etməyi planlaşdırırlar.
Xaricdə turpaket qiymətləri yeni il dövrü ilə müqayisədə 30-40 faiz ucuz olduğu halda, bir həftəlik orta qiymət Birləşmiş Ərəb Əmirliklərinə 160 min rubl, Tailanda isə 189 min rubl civarındadır.
Bildirilir ki, Türkiyədə beşulduzlu otelə bir həftəlik “hər şey daxil” tur paketinin qiyməti 120-140 min rubl təşkil edir.
Misir turları üçün də bu rəqəm 140 min rubl təşkil edir.