BDU-da 5511 tələbə imtahanda iştirak edib

14:38 03.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı Dövlət Universitetində (BDU) payız semestrinin imtahan sessiyası onlayn formatda davam edir.

BDU-dan hafta.az-a bildirilib ki, fevralın 2-də imtahanlarda ümumilikdə bakalavr pilləsində 224 qrup üzrə 5110 tələbə (235 nəfəri "SABAH" qrupları tələbəsi olmaqla) iştirak edib. Magistratura pilləsində isə 99 ixtisaslaşmada 62 fənn üzrə 401 magistrant imtahan verib. BDU-nun Qazax filialında 11 qrup üzrə 124 nəfər imtahanlarda iştirak edib.

Sessiya müddətində universitet rektorluğu, dekanlar, dekan müavinləri, nəzarətçi müəllimlər və Tələbə Nəzarət Qrupu imtahanlara mütəmadi onlayn nəzarət edir. İmtahanlar “Microsoft Teams” platforması üzərindən təşkil olunur. Tələbələrin imtahanla bağlı şikayətini dinləmək və operativliyi təmin etmək məqsədilə “Qaynar xətt” və Apelyasiya Komissiyası da fəaliyyət göstərir.