Bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq 

13:58 04.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda bədii gimnastika üzrə Avropa Kubokuna bu gün yekun vurulacaq.

Hafta.az xəbər verir ki, dördüncü - sonuncu yarış günündə ayrı-ayrı alətlər üzrə fərdi və qrup hərəkətləri proqramlarında mükafatçılar müəyyənləşəcək.

Bu gün, idmançılar həmçinin çarpaz qarşılaşmalarda da qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, turnirdə 25 ölkədən 170-dən çox gimnast iştirak edir.