Hindistanın baş nairi Narendra Modi X sosial media hesabından verdiyi açıqlamada Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu Dabidə tikintisi başa çatan hind məbədinin fəaliyyətə başladığını bildirib.
Hafta.az-ın yazdığına görə, hind məbədinin açılış mərasimində çıxış edən Modi BƏƏ-nin töhfələrini yüksək qiymətləndirib.
BƏƏ-nin bir çox çoxmərtəbəli binaları, eləcə də Dubaydakı “Bürc Xəlifə” və paytaxt Əbu Dabidəki Şeyx Zeyd məscidi ilə tanındığını qeyd edən Modi, Əmirliklərin indi öz şəxsiyyətinə yeni bir mədəniyyət qatdığını vurğulayıb.
Hind məbədinin bir neçə illik zəhmətin bəhrəsi olduğunu deyən Modi onun Hindistan - BƏƏ əlaqələrinə töhfə verəcəyini bildirib.
Hindistan mətbuatında yer alan xəbərlərə görə, Əbu Dabidə Yaxın Şərqin ən böyük hind məbədi açılıb.
2019-cu ildə BƏƏ-də rəsmi mərasimlə təməli qoyulan hind məbədi Dubay və Əbu Dabi şossesi yaxınlığında 55 min kvadratmetr sahədə inşa edilib.