"Hər il avqustun 28-də Birləşmiş ərəb Əmirliklərində (BƏƏ) Qadınları Günü qeyd edilir. Bu fürsətdən istifadə edərək, hazırki məqalə dost ölkələrimizin yeni əməkdaşlıq sahəsi olaraq kosmosu necə araşdıra biləcəyinə işıq salır".
Hafta.az-ın yazdığına görə, bu sözlər BƏƏ-nin ölkəmizdəki Səfirliyinin müvəqqəti işlər vəkili Abdulla əl-Şəmsinin qələmə aldığı məqalədə deyilir. Qeyd olunur ki, sitat: məsələ burasındadır ki, BƏƏ qadınları Mars Missiyasına uğurla cəlb edilib: Missiya qadınların daxil edilməsi üçün misli görünməmiş standart qoydu: missiyanın 34 faizini və elm qrupunun 80 faizini qadınlar təşkil edir. Birləşmiş Ərəb Əmirlikləri artıq kosmonavt kimi təlim alan ilk ərəb qadınını da seçib. BƏƏ əsilli Nora əl-Matrooşi, 27 yaşında maşınqayırma məzunudur.

Cənab Əl-Şəmsi məqalədə yazır ki, diplomatik missiyası müddətində Azərbaycanda da davamlı şəkildə cəmiyyətin bütün sahələrinə qadınların cəlb edildiyini müşahidə etməkdədir. Qadınların gündəlik qeyri-adi töhfələrini görməmək mümkün deyil.
"Beynəlxalq Əməkdaşlıq üzrə Dövlət Naziri və "Expo 2020 Dubai"ın baş direktoru Reem əl-Haşiminin dediyi kimi: "Bu günün mürəkkəb problemlərini həll etmək üçün dünyanın elmə, elmin isə qadınlara, qızlara ehtiyacı var. "Expo 2020 Dubai", dünyadakı qadın və qızların elmdəki əhəmiyyətini vurğulamaq, bu sahədə qabaqcıl qadınları qeyd etmək, yeni tərəfdaşlıqlar qurmaq, zəngin və fərqli bir proqram vasitəsilə qadınların iştirak imkanlarını artırmaq üçün dünyanı bir araya gətirəcək", - yazır əl-Şəmsi.

Diplomat xatırladır ki, BƏƏ aerokosmik elmləri üzrə ixtisaslaşmış Əmirlik kadrlarını hazırlayacağı Milli Kosmik Proqramını işə saldı. Gənc Əmirlik kadrları Milli Kosmik Proqramı icra edəcək. Milli Kosmik Proqramın əsas məqsədlərindən biri, 2117 Mars proqramının bir hissəsi kimi Qırmızı Planetdəki ilk elmi şəhərin reallaşdırılmasına nəzarət etməkdir. Şəhərin tərkibində sıfır qravitasiya təcrübələri aparmaq üçün muzey və laboratoriyalar da olacaq. O 3D çap texnologiyasından istifadə edərək Qırmızı Planet üçün uyğun olan ən yaxşı binaların dizaynı və çapı üçün təşəbbüs olan 'Marsda yaşamaq" layihəsini də əhatə edəcək.
Məqalədə o da vurğulanır ki, Məhəmməd bin Rəşid Kosmos Mərkəzi beynəlxalq kosmik tərəfdaşlarla birgə Milli Kosmik Proqramın hazırlanmasından məsuldur.
Məqalə bu sonluqla tamamlanır: "Bütün bunlara əsaslanaraq həm BƏƏ, həm də Azərbaycandan olan qadın alim və tədqiqatçılar arasında bu sahədə təcrübə mübadiləsi həyata keçirmək, kosmik biliklər üzrə birgə təlimləra start vermək və kosmos təhsilinə daha çox yer ayırmaq təklif etmək olar".