BƏƏ səfirliyində deputat Cavanşir Paşazadə ilə görüş olub

12:15 18.10.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizdəki səfiri Məhəmməd əl-Bluşi BƏƏ - Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Cavanşir Paşazadəni qəbul edib.

Hafta.az-ın yazdığına görə, görüşdə BƏƏ səfiri C.Paşazadəni yenidən Milli Məclisinin deputatı və Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun rəhbəri seçilməsi münasibətilə təbrik edib.

C.Paşazadə səfir Əl-Bluşiyə minnətdarlığını bildirərək, həm Azərbaycan, həm də Əmirlik xalqlarının birliyini, iki ölkənin parlament üzvlərinin növbəti 5 il ərzində yeni layihələrin hazırlanması istiqamətində səylərindən danışıb. O, hər iki ölkə liderlərinin dostluq və qardaşlıq münasibətlərini yüksək qiymətləndirərək, dövlət başçılarının rəsmi səfərlərini buna sübut kimi misal çəkib.

Millət vəkili göstərdiyi fədakar səylərə görə səfirə minnətdarlığını bildirib, iki ölkə arasında iqtisadi, mədəni və siyasi sahələrdə səmərəli əlaqələrdən bəhs edib.

Məhəmməd əl-Bluşi, səfir kimi fəaliyyəti dövründə Azərbaycanda bir sıra uğurlu layihələrin həyata keçirilməsinə dəstək verdiyini, gələcəkdə də böyük layihələrin icrasına töhfə verəcəyini vurğulayıb.

Diplomat həmçinin qeyd edib ki, COP29 kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi böyük hadisədir və şübhəsiz ki, Azərbaycan bu mötəbər tədbirə uğurla ev sahibliyi edəcək.

Sonda səfir əl-Bluşi növbəti il üçün hər iki ölkənin parlamentlərinə yeni layihələrin təklif olunmasını nəzərdən keçirəcəyini və bu işə şəxsən töhfə verəcəyini qeyd edib.