Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Ukraynaya 250 ton humanitar yardım daşıyan gəmi göndərdiyi açıqlanıb.
Hafta.az-ın WAM-a istinadən yazdığına görə, gəminin Rusiyanın hərbi müdaxiləsi nəticəsində yaranmış humanitar vəziyyəti yüngülləşdirmək üçün BƏƏ-nin Ukraynaya davam edən yardımı çərçivəsində göndərildiyi bildirilib.
Şəxsi yardım materialları, işıqlandırma avadanlıqları və odyallardan ibarət 250 ton humanitar yardım daşıyan gəminin dəniz yolu ilə Polşa və Rumıniyaya çatdıqdan sonra Ukraynaya göndəriləcəyi bildirilib.
Bildirilib ki, BƏƏ-nin Beynəlxalq Əlaqələr İdarəsi Xarici İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Ukraynaya kompüter, avadanlıq və tədris materiallarından ibarət təhsil yardımı hazırlayıb.
Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Ukraynaya humanitar yardım göstərən BƏƏ 2022-ci ilin oktyabrında Ukrayna vətəndaşlarına 100 milyon dollar yardım elan edib.
Ukrayna ilə hava körpüsü quran BƏƏ, Polşa, Moldova və Bolqarıstandakı ukraynalı qaçqınlar da daxil olmaqla, təxminən 550 ton yardım ləvazimatları və əsas ərzaq məhsulları, 2520 generator və 6 təcili yardım maşını daşıyan 11 yardım təyyarəsi göndərib.