Yazını böyüt
Yazını kiçilt
Bəhreyn kralı Həməd bin İsa Əl Xəlifə ada dövlətinin Rusiya ilə Ukrayna arasında vasitəçi olmağa hazır olduğunu bildirib. Bu barədə TASS Bəhreynin Moskvadakı səfirliyinə istinadən məlumat yayıb.
“Bəhreynin Kralı Əlahəzrət Həməd bin İsa Əl Xəlifə münaqişəni dayandırmaq üçün Bəhreyn Krallığının Rusiya və Ukrayna arasında vasitəçilik etməyə hazır olduğunu təsdiqləyir”, - deyə diplomatik nümayəndəlikdən bildirilib.
Bundan əvvəl Bəhreyn kralı Ukraynadakı münaqişənin həllinə və Moskva ilə Kiyev arasında dialoqun başlanmasına çağırıb. Onun sözlərinə görə, Manama buna töhfə verməyə hazırdır və qarşıdurmadan çıxış yolu tapmaqda hər hansı zəruri rolu öz üzərinə götürməkdən çəkinməyəcək.