Starmer istefaya hazırlaşır

22:16 19.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Böyük Britaniyanın Baş naziri Kir Starmer partiya daxilində artan təzyiq fonunda istefasını nəzərdən keçirir.

Hafta.az xəbər verir ki, bu barədə "The Times" qəzeti yazıb.

Nəşrin məlumatına görə, Starmer artan təzyiqdən xəbərdardır və həftəsonu həyat yoldaşı və ailəsi ilə növbəti addımlarını müzakirə edəcəyi, bundan sonra hakimiyyətdə qalıb-qalmayacağına və ya istefa verib-verməyəcəyinə qərar verəcəyi gözlənilir.