Yazını böyüt
Yazını kiçilt
ABŞ Prezidenti Donald Tramp İtaliyanın Baş naziri Ciorciya Melonini Hörmüz boğazındakı mövqeyinə görə artıq siyasi tərəfdar hesab etmədiyini bildirib.
Hafta.az xəbər verir ki, bu barədə "NBC News"un Ağ Ev müxbiri Qabe Qutierrez sosial media platforması "X"də Amerika lideri ilə telefon danışığına istinadən məlumat yayıb. Qutierrezin sözlərinə görə, Tramp bildirib ki, Melonini tərəfdarları arasında istəmir, çünki onun iddiasına görə, o, Hörmüz boğazındakı vəziyyətlə bağlı NATO ilə müzakirələrdə ABŞ-nin mövqeyini dəstəkləməyib.
Daha əvvəl Tramp, həmçinin, iddia etmişdi ki, Meloni Fransada keçirilən G7 sammitində "onunla şəkil çəkdirmək üçün yalvarıb". İtaliyanın Baş naziri daha sonra bu iddiaları "tamamilə uydurma" adlandırıb.