Belarus səfirliyi Azərbaycanı təbrik edib

16:38 12.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Belarusun Azərbaycandakı səfirliyi Azərbaycanı Konstitusiya Günü münasibətilə təbrik edib.

Hafta.az xəbər verir ki, bu barədə səfirliyin rəsmi “Twitter” səhifəsində paylaşım edilib.

“Noyabrın 12-də Azərbaycanda Konstitusiya Günü qeyd olunur. Milli bayram münasibətilə Azərbaycanı səmimi qəlbdən təbrik edirik. Arzu edirik ki, Əsas Qanun hər zaman ölkənin suverenliyinin, sabitliyinin və gələcək inkişafının etibarlı təminatçısı olaraq qalsın!”, - deyə paylaşımda qeyd edilib.

Siyasət rubrikasından digər xəbərlər