Belarusda Türkiyə vətəndaşına 3 il iş kəsildi - yarım qram narkotikə görə

09:42 02.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Belarusda adı açıqlanmayan Türkiyə vətəndaşı ölkəyə narkotik keçirməyə cəhd etdiyi üçün həbs olunub və eyni zamanda pul cəzasına məhkum edilib.

Hafta.az-ın Belarus mətbuatına istinadən yazdığına görə, Litvadan Belarusa gələn Türkiyə vətəndaşının avtomobilindən və ayaqqabısından yarım qrama yaxın narkotik aşkarlanaraq götürülüb.

Gətirildiyi məhkəmədə bu maddənin tütün olduğunu deyərək özünü müdafiə edən şəxs narkotik vasitələrin qanunsuz saxlanması və ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilməsi ittihamı ilə 3 il ağırlaşdırılmış həbsə, həmçinin 1850 Belarus rublu məbləğində cəriməyə məhkum edilib.

Müayinədə adı açıqlanmayan şəxsin Türkiyədən çıxmazdan əvvəl narkotikdən istifadə etdiyi və bir hissəsini özü ilə gətirdiyi müəyyən olunub.