Bələdiyyənin 5 vəzifəli üzvü işdən çıxarıldı

11:02 24.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə martın 31-də keçirilmiş Bələdiyyə  Seçkilərindən sonra Cəmil Tuqay İzmir Böyükşəhər Bələdiyyə Başçısı oldu. Tunç Soyerdən kreslonu təhvil alan Cəmil Tuqay İzmir Böyükşəhər Bələdiyyəsində 5 yüksək səviyyəli meneceri vəzifəsindən azad edib.

Hafta.az-ın yazdığına görə, İZSU və İZENERJİ-nin baş direktoru, eləcə də 3 şöbə müdiri vəzifəsindən azad edilənlər arasındadır. İşdən çıxarılanlar aşağıdakılardır:

İZSU baş direktoru Əli Hıdır Kösəoğlu, İZENERJİ İdarə Heyətinin sədri Ercan Türkoğlu, Muxtar işləri şöbəsinin müdiri Əli Kılıç, İnformasiya Texnologiyaları şöbəsinin müdiri Ata Təmiz və Nəqliyyat şöbəsinin müdiri Kadir Efe Oruç. 

Cəmil Tuqay təyinatla bağlı deyib: "Bu məsələni heyrətlə izləyirəm. Əsl məzmunla heç bir əlaqəsi olmayan çox şeylər yazılır, cızılır. Elələri var ki, guya bəzi ipuçlarını izləməyə çalışırlar. İşin gerçəyi budur ki, Aykut Ərdoğan çox dəyərli millət vəkillərimizdəndir, iqtisadiyyatda əhəmiyyətli təcrübəyə sahibdir. Qərargahımız belə bir variantın mümkün olub-olmadığını görmək üçün bu addımı atdı. Amma bu, gərginlik içində baş verən proses deyildi. Nəhayət, İzmirdə kimin baş katib olacağına əvvəlcə İzmir Böyükşəhər Bələdiyyə Başçısı, sonra da İzmirlilər qərar verəcək”.

Oxunma sayı 201
Siyasət rubrikasından digər xəbərlər