Bərbər xalqları 2972-ci ili qarşıladılar

19:00 14.01.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Şimali Afrikada, o cümlədən Mərakeşdə yaşayan bərbər xalqları "Amazing" təqvimi əsasında 2972-ci yeni illərini qeyd ediblər.

Hafta.az-ın yazdığına görə, dünən bərbər xalqları ənənəvi geyim-kecimləri və özəl yeməkləriylə bayramlarını qeyd edib, Allahdan bu ilin bolluq və bərəkət gətirməsini arzu ediblər. 


Bu arada, Mərakeşin Baş naziri Əziz Ahnuş hökumətin iclasında bildirib ki, bərbər dilinin Mərakeş Krallığının rəsmi dili olaraq elan edilməsi prosesini başa çatdırmaqda qərarlıdırlar. O, Facebook hesabından etdiyi paylaşımda bərbərlərin yeni ilini belə təbrik edib: “Bərbər təqviminin 2972-ci yeni ili mübarək. Bu məqsədlə Mərakeş kimliyinin ana ünsürlərindən olan Bərbər dili ilə əlaqədar proqramın tətbiqinə dair vədlərimizi təkrarlayırıq. 2001-ci ildə milli birliyin bir parçası olaraq Mərakeş xalqının ümumi mədəni və dil mirası anayasada rəsmən tanınıb. O cümlədən bərbər dilinin də anayasada statusunun təsdiqlənməsi Krallığın qəti qərarıdır”.


Baş nazir Ahnuş əlavə edib ki, bərbər dilinin güclənməsində və inkişafında hökumət öz üzərinə düşən öhdəliyi dəqiqliklə yerinə yetirəcək. Bunun üçün isə 2022-ci ildə 200 milyon dirhəm və ya 20 milyon dollar xərclənəcək. Hansı ki, xərclənəcək vəsaitin həcmi irəlidəki illərdə daha da artırılacaq və 2025-ci ildə 1 milyard dirhəmə və ya 100 milyon dollara yüksələcək. 
Qeyd edək ki, Krallığın 37,5 milyonluq əhalisinin təxminən yarısı bərbərlərdir. Mərakeşlə yanaşı, Əlcəzair, Tunis, Liviya, Niger, Burkina Faso, Mali və Movritaniyada yaşayan bərbərlərin ümumi sayının 70 milyondan artıq olduğu təxmin edilir. 

Oxunma sayı 328
Mədəniyyət rubrikasından digər xəbərlər