Bərdədə 15 yaşlı qıza qarşı seksual hərəkətlər edən 3 nəfər həbs olundu

11:44 29.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bərdə rayonunda 15 yaşlı qıza qarşı zorakılıq edərək videoya çəkən şəxslər həbs edilib.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan hafta.az-a verilən məlumata görə, 15 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edən 3 nəfər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, bir nəfər yeniyetmə isə valideyn nəzarətinə verilib.

Qeyd edək ki, Bərdədə 2007-ci il təvəllüdlü qıza qarşı qeyri-etik və zorakılıq hərəkətləri edən şəxslər bu əməllərini videoya çəkərək yayıblar.

Hadisədən xəbər tutan qızın ailəsi rayon polis şöbəsinə məlumat verib.

Faktla bağlı Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.