Bərdədə 16 yaşlı oğlan faciəli şəkildə ölüb

09:38 20.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bərdədə 16 yaşlı oğlan faciəli şəkildə ölüb.

Hafta.az xəbər verir ki, hadisə rayonun Lənbəran kəndi ərazisində qeydə alınıb.

1985-ci il təvəllüdlü Xaqani Qasımovun idarə etdiyi “T 28X4 MS” markalı traktor ilə hərəkətdə olan zaman texnikada sərnişin qismində əyləşən 2007-ci il təvəllüdlü Paşayev Davud Saleh oğlu yıxılıb. Sərnişin aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.