Bərdədə iki uşaq toy vaxtı çaya düşərək boğulub

23:23 20.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bərdədə iki azyaşlı çayda boğularaq ölüb.

Hadisə Bərdə şəhərində baş verib.

6 yaşlı Qurbanov İbrahim Zöhrab oğlu və 8 yaşlı Qurbanov Allahverdi Vasif oğlu Tərtər çayına düşərək boğulublar. 

Şahidlərin dediyinə görə, uşaqlar valideynləri ilə birlikdə çay sahilində yerləşən şadlıq evlərindən birində keçirilən toy mərasiminə qatılıblar.

Uşaqların əmioğlu olduğu bildirilir.