Berlin Kiyevə yardımı 15 milyard avroya çatdıracaq

14:14 28.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Almaniya Ukraynaya maliyyə və hərbi dəstəyi əhəmiyyətli dərəcədə artıra bilər - 15 milyard avroya qədər, həftəlik Der Spiegel Almaniya Maliyyə Nazirliyinin bazar ertəsi, martın 27-də Bundestaqa göndərdiyi məxfi məktuba istinadən yazır.

Nəşrin məlumatına görə, Almaniyanın maliyyə nazirinin parlamentin dövlət katibi Florian Tonkar Bundestaqın büdcə komitəsinə elektron poçt ünvanında Ukraynaya yardım üçün vəsait ayrılan büdcə maddələrinin maliyyələşdirilməsinin artırılması xahişi ilə müraciət edib. Sənədə əsasən, “təhlükəsizlik, müdafiə və sabitləşmə sahəsində tərəfdaş dövlətlərin modernləşdirilməsi” üçün cari il üçün nəzərdə tutulan 2,2 milyard avro məbləği 5,4 milyard avroya çatdırılmalıdır.

Bundan əlavə, Der Spiegel-ə görə, növbəti illərdə daha 8,8 milyard avro “öhdəlik müddəalarına” yönəldilməlidir. Belə ki, Almaniya Müdafiə Nazirliyi bu məbləğ çərçivəsində müqavilələr bağlaya bilərdi. Nəşr qeyd edir ki, hazırda Almaniya büdcəsində bu xərc maddəsi üçün 1 milyard avro nəzərdə tutulub.

Oxunma sayı 98