Yazını böyüt
Yazını kiçilt
Berlinin qərbində - Şpandau rayonunda avtobus qəzası baş verib.
Hafta.az xəbər verir ki, avtobus əks istiqamətdən hərəkət edən minik avtomobili ilə toqquşduqdan sona yoldan çıxaraq ağaca çırpılıb.
Hadisə nəticəsində 12 nəfər xəsarət alıb. Xəsarət alanlardan birinin vəziyyəti ağırdır. Onun avtobusun sürücüsü olduğu bildirilir. Yaralılar helikopterlə xəstəxanaya çatdırılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.