Yazını böyüt
Yazını kiçilt
İraq Kürd Regional Rəhbərliyinin (KRG) sədri Neçirvan Bərzani İraqın şimalındakı Şengalda yerləşən PKK və digər qüvvələri bölgəni tərk etməyə çağırıb.
Hafta.az-ın yazdığına görə, Bərzani Yezidi kürdlərinə qarşı soyqırımın anım mərasimi ilə bağlı çıxışında Şengalda vəziyyətin həlli ilə bağlı konsensusun əldə olunmamasına diqqət çəkib.
Kürdüstan muxtariyyətinin rəhbəri bu vəziyyətin qısa zamanda həlli üçün hökuməti və bütün İraq tərəflərini xüsusi iclas keçirməyə çağırıb. O, həmçinin Nümayəndələr Palatası və federal hökuməti köçkün yezidilərin evlərinə qaytarılması məqsədilə Senqalda şəraitin normallaşdırılması üçün xüsusi danışıqlar aparmağa səsləyb.