Beş nəfər qəbul imtahanından xaric edilib

14:50 14.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanından beş nəfər xaric edilib.

DİM-dən hafta.az-a verilən məlumata görə, imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İştirakçıların bədən hərarəti normaya uyğun olub.

 

5 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.