Beyləqanda tapılan tüfənglər polisə təhvil verildi 

12:20 23.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

 

DİN-in Mətbuat Xidmətindən hafta.az-a bildirilib ki, Beyləqan rayon sakini tapdığı 3 ədəd tüfəngi könüllü olaraq Rayon Polis Şöbəsinə təhvil verib.

 

Silahları təhvil verən şəxsə təşəkkür edilib.