Bəzi bölgələrə leysan xarakterli yağış yağıb - FAKTİKİ HAVA

23:24 13.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyunun 13-ü saat 20:00-a olan məlumata əsasən Altıağac, Şahdağ, Xaltan, Quba, Qusar (Laza), Xınalıq, Qobustan, Qrız, Şabranda arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Milli Hidrometeorologiya Xidmətindən hafta.az-a bildirilib ki, yağan leysan xarakterli yağışlar nəticəsində saat 15:43 radələrində Quba rayonu Xaltan kəndi ərazisindən keçən Xarmidorçaydan sel keçib.

 

Saat 18:42-18:53 radələrində Qobustan rayonuna diametri 14-20 mm olan dolu düşüb.