Bəzi dağlıq rayonlarda şimşək çaxıb - Faktiki hava

11:39 18.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyunun 18-i saat 10:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, əksər rayonlarda hava şəraiti sabit, əsasən yağmursuz keçib, lakin gündüz bəzi dağlıq rayonlarda şimşək çaxıb, arabir qısamüddətli yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən hafta.az-a verilən xəbərə görə, düşən yağıntının miqdarı Göygöl, Gədəbəydə 1 mm-dək olub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 37, Naxçıvan MR-da 39, Aran rayonlarında 38, dağlıq rayonlarda 26 dərəcəyədək isti olub.

Oxunma sayı 69