İsrail səlahiyyətliləri ABŞ müstəntiqlərinin bəzi investorların Həmas-ın 7 oktyabr hücumlarından xəbəri ola biləcəyi və bu məlumatlardan İsrail qiymətli kağızlarından mənfəət götürmək üçün istifadə etdiklərinə dair iddialarını araşdırır.
Hafta.az-ın “Reuters”ə istinadən yazdığına görə, Nyu-York Universitetinin hüquq professoru Robert Cekson və Kolumbiya Universitetindən Coşua Metz tərəfindən aparılan araşdırmalar, hücumlardan əvvəlki 5 gün ərzində Tel-Əviv Birjasında qısamüddətli satışın əhəmiyyətli dərəcədə artdığını müəyyən edib.
"Görünür, investorların hücumdan bir neçə gün əvvəl hücumlar haqqında məlumatı var idi" deyən tədqiqatçılar, oktyabrın 2-də bu fondda qısa satış əməliyyatlarında "əhəmiyyətli" və "qeyri-adi" artım olduğunu qeyd ediblər.
Araşdırmalar satışların hücumdan bir neçə gün əvvəl İsrail birjasının dəyərinə zidd olduğunu göstərib.
Araşdırma, 7 oktyabr hücumundan əvvəlki günlərdəki satışların koronavirusun yayılması, İsraillə Qəzza arasında 2014-cü il müharibəsi və 2008-ci il qlobal maliyyə böhranı zamanı baş verən qısa satış fəaliyyətlərini "çox üstələdiyini" qeyd edib.
İsrail Qiymətli Kağızlar İdarəsi verdiyi açıqlamada, "Məsələ səlahiyyətli orqanlara məlumdur və əlaqədar bütün tərəflər araşdırmaya cəlb olunub" deyilir.