Biləcəridə məişət tullantıları yanır

10:30 23.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində geniş ərazidə məişət tullantıları yanması barədə məlumat daxil olub.

Hafta.az-nın Nazirliyin saytına istinadən xəbərinə görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. 

Əlavə məlumat veriləcək.

Oxunma sayı 158