Biləsuvar sakini kəsici-deşici alətlə öldürülüb

10:39 23.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Aprelin 23-də saat 01 radələrində Biləsuvar rayonu Aşağı Cürəli kəndində 1986-ci il təvəllüdlü Vüsal İlham oğlu İlhamlının kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən hafta.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Rüfət Kərim oğlu Əlizadə polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə saxlanılıb.

 

Araşdırma aparılır.