Biləsuvarda dəhşətli hadisə: Ana bir yaşlı körpəsini su kanalına atdı

12:30 14.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Biləsuvarda körpə anasının onu su kanalına atması nəticəsində boğularaq ölüb.

Hafta.az apa-ya istinadən xəbər verir ki, rayonun İsmətli kəndində 1992-ci il təvəllüdlü Gülər İmanzadə 1 yaşlı övladı Poladı su kanalına atıb. Körpə suda boğularaq ölüb.

 

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

 

Faktla bağlı araşdırma aparılır.