Biləsuvarda əmək yarmarkası keçirilib

21:00 08.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq Filialı və Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə əmək yarmarkası keçirilib.

Hafta.az xəbər verir ki, Biləsuvar rayonunda fəaliyyət göstərən 30-a yaxın dövlət müəssisəsi və özəl şirkətin iştirak etdiyi yarmarkada işsiz və işaxtaran şəxslərə 800-dən çox vakansiya təqdim olunub.

Yarmakada, həmçinin işsiz və işaxtaran şəxslərə Agentiyin aktiv məşğulluq tədbirləri barədə məlumat verilib. İş üçün müraciət edən şəxslərin CV-ləri qəbul edilib, özünüməşğulluq proqramından yararlanmaq istəyən vətəndaşların qeydiyyatı aparılıb.