Biləsuvarda işıqlar sönəcək

10:00 27.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dekabrın 27-də Biləsuvar Elektrik Şəbəkəsinin ərazisində 110/35/10 kV-luq yarımstansiyada 10 mVA gücündə transformator 20 mVA gücündə transformatorla əvəz olunacaq.

Bu barədə hafta.az-a “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, yarımstansiyada həyata keçirilən gücləndirmə işləri ilə əlaqədar saat 11:00-dan 12:30-dək şəhər ərazisində və rayonun bir sıra hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

“Təmir və gücləndirmə işləri başa çatdıqdan sonra yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”, - məlumatda vurğulanıb.