“Bilik və bacarıqla yanaşı, vaxt da lazımdır” – Təhsil naziri 

17:20 30.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Azərbaycan təhsillə əlaqəli olimpiada hərakatı ilə bağlı işlərin böyük əksəriyyətini uğurla icra edir. Bu işdə bilik və bacarıqla yanaşı, vaxt da lazımdır. Nəticələrin yaxşı olması üçün sistemli iş qurulub. Bir çox liseylərimiz dünyada seçilən bilən nəticələr göstərib".

 

Hafta.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Respublika fənn olimpiada qaliblərinin mükafatlandırılma mərasimində deyib.

 

"Şagirdlərin süni nəticələrlə yox, addım-addım irəli getməsini düşünürük. Bu istiqamətdə nəticələr də var. Şagirdlərimizin yarışlarda 50 ölkə sırasına düşməsi yaxşı nəticə kimi qiymətləndirilməlidir. Bir neçə ildir ki, "Təhsil haqqında" qanun edilən dəyişikliklə beynəlxalq olimpiadalarda qalib olanlar müsabiqədənkənar ali təhsil almaq hüququna malikdirlər. Təbii ki, həmin şəxslər çox vaxt təhsilini ölkədən kənarda davam etdirirlər. Qalib şagirdə dünyanın aparıcı universitetlərində tam təqaüd verilir. Bu say Azərbaycandan elə də az deyil. Lakin həmin şagirdlərin Azərbaycanda qalması əsas prioritetlərdən biridir. Xaricdə təhsil proqramı yenidən aktivləşdirilib. Sovet dövründə olimpiadaya düşən şagird sayı çox az idi. İndi o mərhələyə gəlib çatmışıq ki, qaliblər ölkədə qalıb öz təhsillərini davam etdirə bilər", - deyə təhsil naziri çıxışında vurğulayıb.

Oxunma sayı 97
Sosial rubrikasından digər xəbərlər