500 "yaşı" olan kartof tapılıb

09:28 30.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Arxeoloqlar yaşı ABŞ-nin müstəqillik tarixindən daha qədim olan, "dondurulmuş-qurudulmuş" (sublimasiya olunmuş) kartof aşkarlayıblar.

Hafta.az xəbər verir ki, qeyri-adi tapıntı Perunun cənub-qərbində yerləşən Akari vadisindəki Tambo-Vyexo ərazisində aşkar edilib. Tədqiqatın nəticələri "Journal of Field Archaeology" jurnalında dərc olunub. Kəşf inklərin qida məhsullarını uzun məsafələrə daşımaq üçün qabaqcıl saxlama üsullarından istifadə etdiyini sübut edir.

Tapılan kartofun təxminən 500 il yaşı var və bu, İnklər imperiyasının dövrünə təsadüf edir. Qədim məhsulun fotoşəkillərində forması və rəngi hələ də qalan iki qırışmış, qəhvəyi rəngli "dondurulmuş-qurudulmuş" kartof görünür.

Qazıntılara rəhbərlik edən Kalqari Universitetinin arxeologiya professoru Lidio Valdes bildirib:

"Tapılan nümunələrin yeganə fərqi onların kiçik olmasıdır. Görünür, zaman keçdikcə bölgənin quraq iqlimi səbəbindən kartofların ilkin ölçüləri xeyli azalıb"./"Fox News"/