Binəqədidə magistral xətdə qəza olub

22:22 25.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Binəqədi rayonunda magistral xətdə baş verən qəzanın aradan qaldırılması işləri davam edir.

"Azərsu" ASC-dən hafta.az-a verilən məlumata görə, təmir işləri ilə əlaqədar Binəqədi və Nəsimi rayonlarının bir hissəsinə suyun verilişi dayandırılıb. "Çətin şəraitdə, xüsusi texnikaların və projektorların köməkliyi ilə iş başa çatdırılacaq", - deyə ASC-dən bildirilib.