Binəqədidə mənzildən qadın meyiti tapılıb

17:42 25.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Binəqədidə məzillərdən birində 63 yaşlı qadının meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1957-ci il təvəllüdlü Xozeykova Larisa Yuriyevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.