Binəqədidə narkotik alverçiləri saxlanılıb

11:12 27.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

Hafta.az-ın məlumatına görə, Binəqədi rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 43-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Rəşad Baxşıyevdən 0, 184 qram heroin, 0,188 marixuana və 17,435 çətənə toxumu aşkar edilib.

Bundan başqa Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər adam öldürməyə məhkum olunan, 1979-cu il təvəllüdlü Elxan Mustafayevdən 2, 039 qram metamfetamin aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Oxunma sayı 1572