Binəqədidə silah-sursat tapılıb

11:25 05.03.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Hafta.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri növbəti tədbir nəticəsində rayon ərazisində yerləşən qəsəbələrin birində 1 avtomat silahı və 27 patron tapılaraq götürülüb.

Araşdırma aparılır.