Bir ailənin 3 üzvü dəm qazından zəhərləndi

16:23 23.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xaçmaz rayonunda bir ailənin üç üzvü dəm qazından zəhərlənib.

Hafta.az report-a istinadən xəbər verir ki, hadisə Xaçmaz rayonu Seyidli kəndində qeydə alınıb.

Belə ki, 1974-cü il təvəllüdlü Hicran İsfəndiyar qızı Dadaşova, 2004-cü il təvəllüdlü Səbinə Elçin qızı Dadaşova və 2005-ci il təvəllüdlü Dəniz Xəzər qızı Şahbazlı dəm qazından zəhərlənmə diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırmalara başlanılıb.