Bir keçi 40 rus ƏSGƏRİNİ PARTLATDI

19:35 24.06.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukrayna kəşfiyyatının açıqladığı xəbərə görə, Zaporijyada rusların buraxdığı bomba tələləri partlayıb, 40 rus əsgəri yaralanıb. Bu partlayışlara səbəb olan hadisələr silsiləsi filmlər qədər maraqlıdır.

Hafta.az xəbər verir ki, rusların Zaporojjyadakı xəstəxana ətrafında qurduqları bubi tələsini Ukrayna keçisinin işə salması nəticəsində baş verən partlayışda ən azı 40 rus əsgəri yaralanıb.
Bu cümlə nə qədər qəribə səslənsə də, xəbəri Ukrayna kəşfiyyatı açıqlayıb və bu gün dünya mətbuatının manşetinə düşüb.

Kinski Rozdorı kəndindəki fermadan qaçan keçi tələni işə salarkən rus qoşunları hələ də tətik naqili çəkirdi.

Ukraynanın Baş Kəşfiyyat İdarəsi bildirib ki, rus qoşunları yerli xəstəxananın ətrafına qumbaraatanlar yerləşdirib və tələni “dairəvi müdafiə” kimi dizayn ediblər.

Lakin tələ qurulandan az sonra fermadan qaçan keçi əraziyə doğru yürüş edərək zəncirvari reaksiya yaradaraq onlarla əsgərin yaralanmasına səbəb olub.

Müdafiə Kəşfiyyatı bildirdi ki, “keçinin “xaotik” hərəkətləri nəticəsində bir neçə qumbara da partlayıb.
“Zəncirvari reaksiya nəticəsində bir neçə nəfər (rusiyalı) müxtəlif dərəcəli xəsarətlər alıb”, - məlumatda deyilir.

Hadisə nəticəsində azı 40 rus əsgərinin yaralandığı güman edilir.

Hadisə sosial şəbəkələrdə eşidildikdən sonra heyvan “Kiyev keçisi” adlandırılmağa başlayıb.

Oxunma sayı 3798