Bir çox insan bacarıqları sayəsində çox sayda uğur əldə edə bilir, hətta dünya şöhrətini qazanır. Amma bəziləri də var ki, dünya şöhrətinin zirvəsinə yerləşsə də, əlavə dillər bilmədiyi üçün xaricdən gələn filmə çəkilmək təkliflərinə “hə” deyə bilmir. Bu baxımdan Bollivud ulduzları arasında bəxti gətirənlər heç də az deyil.
Hafta.az olaraq bu məqalədə xarici dil bilgiləri olan bəzi hind aktyorları barədə məlumat verəcəyik:

Şahrux Xan
Dünyanın müxtəlif yerlərində minlərlə pərəstişkarı olan Bollivud kralı əlavə üç dildə danışa bilir: ingilis, urdu və kannada (dravid dili). Bundan əlavə, Şaxrux Xan danışa bilməsə də, alman dilini tərcüməçisiz də yaxşı başa düşür.

Amitabh Baççan
Uttar Pradeşdə doğulan Baççanın atası hind şairi olub. Aktyor hind, ingilis, urdu və pəncab dillərində danışa bilir. Bundan əlavə, o, bir az benqal dilini də bilir.

Taapsi Pannu
Taapsi filmlərdə fərqli dillərdə danışa bilən fərqli personajları canlandırmağı sevir. O, hind, pəncab, tamil, teluqu və ingilis dillərində sərbəst danışa bilir.

Kanqana Ranaut
Aktrisanın gənc yaşlarında ingiliscə yaxşı danışa bilməməsi onun karyerasına mənfi təsir edib. Amma Kanqana özünü tutdu və dili yaxşı öyrənməyə başladı. Bu gün aktrisa nəinki ingilis dilini mükəmməl bilir, həmçinin fransız və hind dillərində də çox yaxşı danışır.

Asin
Karyerasına Hindistanın cənub bölgələrində başlayan Asin daha sonra karyerasını Bollivudda davam etdirib. “Qajini” filmindəki rolu ilə yaxşı tanınan aktrisa altı dildə danışa bilir: tamil, teluqu, malay, ingilis, italyan və fransız.

Dipika Padukone
Dipika Danimarkada badminton çempionu Prakaş Padukonenin ailəsində anadan olub. Təkcə Bollivudda deyil, Hollivud filmlərində də rol alan aktrisa hind, ingilis və tulu dillərini mükəmməl bilir. O, “Piku” filmində çəkilmək üçün benqal dilini də öyrənməli olub.

Vaani Kapur
Vaani Kapur tamil, teluqu, ingilis və hind dillərini əla bilir. Aktyor eyni zamanda fransız dilində də sərbəst danışır.

Ayşvariya Ray
Miss World Ayşvariya Ray tulu dilindən başqa səkkiz dildə sərbəst danışır: hind, benqal, ingilis, tamil, marati, teluqu, kannada və urdu. Xanım aktrisa bir az da ispan dilini öyrənib.

Vidya Balan
Aktyorluq məharəti və müxtəlif rollarda heyranedici ifası ilə tanınan Vidya altı dildə danışır: tamil, hind, benqal, marathi, malay və ingilis.