Bir neçə mağazada yanğın olub Ağstafada

11:49 23.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağstafa rayonunda yanğın baş verib. 

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 100 m² olan, bir dam altında tikilən mağazaların lambirindən ibarət tavanı və dam örtüyü 40 m² sahədə, içərisindəki mallar 10 m² sahədə yanıb. Bitişik mağazalar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.