Yazını böyüt
Yazını kiçilt
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində 2006-cı il təvəllüdlü Baxışov Emil Əziz oğlunun batması barədə məlumat daxil olub.
Nazirlikdən hafta.az-a verilən məlumata görə, hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
Əlavə məlumat veriləcək.